Yanvarın 31-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Abşeron, Sumqayıt, Xızı şəhər və rayonlarının sakinlərini, həmin ərazilərdə məskunlaşan Qubadlı və Zəngilan rayonlarından olan məcburi köçkünləri qəbul edəcək. Qəbul Xırdalan şəhər Heydər Əliyev Mərkəzində saat 10:00-da keçiriləcək.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, daha sonra DQİDK və Abşeron Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "İslam Həmrəyliyi: müasir çağırışlar və dini maarifləndirmə" mövzusunda regional konfrans keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB