İtkin düşən əsgərlə bağlı araşdırma aparılır

İtkin düşən əsgərlə bağlı araşdırma aparılır

Dekabrın 29-da Azərbaycan Respublikasının dövlət sərhədini pozmağa cəhd göstərən Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupunun təxribat-pozuculuq fəaliyyətinin qarşısı alınarkən baş vermiş döyüşdə itkin düşən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu əsgər Qurbanov Çingiz Salman oğlunun sonrakı taleyinə aydınlıq gətirilməsi məqsədilə aidiyyəti beynəlxalq təşkilatlarla birlikdə araşdırma aparılır.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından SİA-ya verilən məlumata görə, araşdırmanın nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

.

Bütün xəbərlər Facebook səhifəmizdə