İntellektual yarışlar düşərgəsinin final mərhələsi yekunlaşdı

İntellektual yarışlar düşərgəsinin final mərhələsi yekunlaşdı

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "Gənclərin İntellektual İnkişafına Yardım" İctimai Birliyi tərəfindən "Region Gənclərinin İntellektual Yarışlar Düşərgəsi" layihəsinin yarım finalları artıq başa çatıb.

SİA-nın məlumatına görə, layihə çərçivəsində dekabr ayının 3-ü və 4-ü tarixlərində yarımfinal çempionatı keçirilib. Yarımfinallardan öncə 5 müxtəlif mövzuda təlimlər təşkil olunub və ekspertlərlə görüşlər reallaşdırılıb. Komandalar 1 həftə ərzində final gününə hazırlıqlarının həyəcanını yaşayırdı. Layihənin keçirilməsində məqsəd intellektual bacarığı olan, bu sahədə uğurlar qazanmış gənclərə diqqət ayırmaqla onların şəbəkəsini təşkil etməkdən ibarətdir.

Finalda isə 7 komanda hazırladıqları biznes planların təqdimatını edib. Gərgin keçən final mərhələsi iştirakçılar üçün unudulmaz həyəcan və təcrübə yaşadıb. 7 müxtəlif sahəni təqdim edən komandalar, qalib olmaq üçün bütün bacarıqlarını nümayiş eləməyə çalışırdılar. Nəticə isə yalnız bir komanda qalib olmaq şansı əldə etdi və layihənin qalibi olaraq kuboku, medalları, sertifikatı və 500 manat məbləğində mükafatı qazandılar. Final mərhələsi 11 dekabr tarixində, YAP Yasamal rayon təşkilatının binasında keçirilib.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə, bu tipli layihələr Gənclərin İntellektual İnkişafına Yardım" İB tərəfindən 2 il öncə də gənclər üçün də təşkil olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə