Rusiyanın məşhur jurnalı Azərbaycandakı multikultural mühitdən yazır
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fəlsəfə İnstitutunun direktoru, professor İlham Məmmədzadənin "Multikulturalizmin fəlsəfəsi haqqında" sərlövhəli məqaləsi Rusiyanın məşhur "Voprosı filosofii" ("Fəlsəfə məsələləri") jurnalının onuncu nömrəsində dərc olunub.
Məqalədə bu gün dünyada multikulturalizmin "ölməsi" ilə bağlı fikirlərin yanlışlığı qeyd edilir, hazırkı multikulturalizmin iki sosiomədəni perspektivinin olduğu vurğulanır. Multikulturalizmin Azərbaycan modelindən söz açan müəllif dünyada gedən müharibələr və davam edən münaqişələr fonunda multikulturalizmin əhəmiyyətini xüsusi vurğulayıb, hazırda ölkəmizdə mövcud olan dinlərarası və millətlərarası dialoqa diqqət çəkib. Məqalədə Azərbaycanın bütün dünya üçün örnək olduğu. Bakıda keçirilən beynəlxalq forumların mədəniyyətlərarası dialoqa böyük töhfə verdiyi qeyd edilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB