Teymur Məmmədovla bağlı böhtan dolu xəbər yayanlar ifşa olundu

Məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb
Teymur Məmmədovla bağlı böhtan dolu xəbər yayanlar ifşa olundu

"Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Lvov vilayəti nümayəndəliyinin rəhbəri Teymur Məmmədova qarşı moderator.az saytında gedən təxribat xarakterli, qərəzli və böhtanla dolu xəbərin arxasında dayananların kimliyi ifşa olundu." Bu barədə Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Lvov vilayəti nümayəndəliyindən SİA-ya verilən məlumatda bildirilib.

O da qeyd olunub ki, artıq məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb. Ukraynada Azərbaycan diasporuna uzun illərdir yorulmadan xidmət göstərən, ölkəmizi xaricdə layiqincə təmsil edən fəallara qarşı çirkin kampaniya Ukraynada yaşayan soydaşlarımızın dərin narahatçılığına səbəb olub. Teymur Məmmədovun uzun illərdir diaspora sahəsindəki səmərəli fəaliyyəti bəzi insanları narahat edir.

Vurğulanıb ki, bu kimi təxribat xarakterli xəbərlər yaymaqla məşğul olan şərəfsiz, üzdəniraq insanlar bəzi jurnalistləri də öz məqsədlərinə alət edirlər. Şəxsiyyət kimi bir qara qəpiyə dəyməyən bu "insanlar" inanırıq ki, gec-tez öz layiqli cəzalarını alacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə