Muktukultiralizm Azərbaycanın dövlət siyasətinin tərkib hissəsidir. Bu ölkədə tolerantlıq ənənələri çox inkişaf edib. SİA-nın məlumatına görə, bunu V Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində təhdil naziri Mikayıl Cabbarovun moderatorluğu ilə keçirilən "Multikultralizmin müxtəlif modelləri: nəzəriyyədən humanist təcrübəyə doğru" mövzusundakı dəyirmi masada İtaliyanın Link Kampus Universitetinin prezidenti Vinçenzo Skottin deyib.
O bildirib ki, bu gün tolerantlıq, dialoq, birgəyaşayışın təmini çox vacibdir: "Zorakılıq, yoxsulluq, aclıq kimi problemlərin çözülməsi yolları tapılmalıdı. Hazırda dünyada təxmimən 50 milyon insan qaçqındı, bu, qeyri-sabitliyin nəticəsidi. Biz insanlara zorakılıq deyil, onlara daha çox humanist imkanlar açmalıyıq. Milyonlarla insan yoxsulluqdan qurtulmalıdı. BMT-nin Baş katibinin köməkçisi Rəşid Xalikov "İnsanların kütləvi yerdəyişməsi şəraitində insan kapitalının qorunmasının önəmi davamlı inkişafın əsası kimi" mövzusundakı dəyirmi masada deyib ki, Bakı forumu olduqca vacib məsələyə toxunub, çünki milyonlarla insan öz yerini dəyişib. Hökumətlər öz yerini dəyişmiş şəxslərin inteqrasiyadı üçün tədbirlər görməlidir". TASS informasiya agentliyinin baş direktorunun birinci müavini bildirib ki, hazırda hərbi, etnik münaqişələr baş verir və bu da nikbinliyi azaldır: "Burda çətin problemlər müzakirə olunur. Bu il Azərbaycanda müxtəlif dinlərə məxsus insanlar sülh şəraitində yaşayırlar. Hazırkı dövrdə humanitar problemləri həll etməsə də nformasiyanın oynadığı çox vacibdir. Sosial şəbəkələr indi önəmli olsa da, amma təhlükəsi də var. Anonim informasiyalar cəmiyyət üçün təhlükəlidir. Ona görə də informasiya cəbhəsində çalışanlar bu istiqamətdə birgə mübarizə aparmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB