Politoloq: “Dəyişikliklər gənclərin özünəinamını daha da artıracaq” AÇIQLAMA
"Konstitusiyaya təklif olunan dəyişikliklər xalqımız və dövlətimiz üçün çox əhəmiyyətliyidir". Bunu SİA-ya açıqlamasında politoloq Ramiz Alıyev deyib.
O qeyd edib ki, dəyişikliklər Azərbaycan gəncliyinin hüquqlarını daha da genişləndirəcək: "Bir çox yaş qrupuna məxsus gənclər seçmək hüququ ilə yanaşı, seçilmək hüququna da yiyələnəcəklər. Cənab Prezidentin konstitusiyaya dəyişikliklərlə bağlı təklifi gənclərimizə böyük hədiyyədir. Bu dəyişikliklər Azərbaycan gəncliyinin özünəinamını daha da artıracaq, onların inkişafı üçün stimul olacaq. Bütün Azərbaycan gəncliyi konstitusiyaya təklif olunan dəyişiklikləri alqışlayır. Gənclərimiz onlara olan inamı doğrultmağa çalışacaqlar".
Politoloq bildirib ki, Azərbaycanda gənclərə böyük üstünlük verilir və geniş imkanlar yaradılır. O vurğulayıb ki, dəyişikliklərlə bağlı təklif gənclərə göstərilən diqqət və qayğının bariz nümunəsidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB