25-26 may 2016-cı il tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin Direktoru Fərhad Məmmədov Astana şəhərinə (Qazaxıstan) səfər edəcək. Mərkəzdən SİA-ya verilən məlumata görə, SAM-ın direktoru Fərhad Məmmədov səfərin ilk günü Türkdilli Dövlətlərin Türk Şurasının 3-cü görüşündə iştirak və çıxış edəcək.
Tədbirdə həmçinin Türkiyə və Qırğızıstanın Strateji Araşdırma Mərkəzlərinin direktorları, Türk Şurası və dövlət qurumlarının rəhbərləri, ekspertlərin iştirakı planlaşdırılır.
Səfərin ikinci günü Fərhad Məmmədovun 9-cu Astana İqtisadi Forumunda çıxışı nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB