Hüquqi və Demokratk İslahatlar Mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Ailə dəyərlərinin və sağlam ailə modelinin təbliğində maarifləndirmə" layihəsi çərçivəsində növbəti tədbirini Xaçmaz rayonunda keçirib. Xaçmaz şəhər Mədəniyyət evində baş tutan tədbirdə "Ailədaxili konfliktlərin artmasında sosial şəbəkələrin rolu" mövzusu müzakirə edilib. Layihənin rəhbəri İlham Əliyev problemin aktuallığından danışıb və boşanmaların xeyli artdığını, ailə institutunun təhlükədə olduğunu bildirib. İlham Əliyev ailələrin dağılmasında kənar təsirlərin, xüsusilə sosial şəbəkələrin böyük rol oynadığını vurğulayıb. Onun sözlərinə görə, valideynlər diqqətli olmalı, yeniyetmə və gənclərin sosial şəbəkələrdən səmərəli istifadə etməsinə çalışmalıdırlar: "İnternetin inkişafı öz növbəsində dünyada elmin inkişafında, informasiyaların sürətli yayılmasında, faydalı əlaqələrin qurulmasında, ümumüyyətlə həyatımızın müxtəlif sahələrində möcüzələr yaradır. Həyatımızı onsuz təsəvvür etmirik. Amma bu inkişafdan ayrı-ayrı təbəqələr daha çox faydalanır. Əksəriyyət isə sosial şəbəkələrin "toruna" düşür. Vaxtını burada keçirir, əyləncəni orada axtarırıq. Hər kəs burada öz dünyasını yaradır. Amma insan fərdi şəkildə yaşamadığı üçün sosial şəbəkələrə həddən artıq aludəçiik sorunları da bərabərində gətirir. Dünyada aparılan tədqiqatlar hətta boşanmaların artmasında sosial şəbəkələrin də rolunu danmırlar". Layihə rəhbəri "Sosial şəbəkə" anlayışnın tarixinə nəzər salıb. Qeyd edib ki, termini elmi leksikona 1954-cü ildə ingilis sosioloq Barns tərəfindən daxil edilib: "İlk sosial şəbəkənin yaranması ötən əsrin 90-cı illərinin ortalarına təsadüf edir. Bu "odnoklassniki.ru"-nun sələfi hesab edilən "classmates.com" idi. 1999-cu ildə yaradılan "Livejournal", 2003-cü ildə meydana çıxan "MySpace" də öz növbəsində xeyli populyarlıq qazandı. Hazırda sosial şəbəkələr içərisində ən populyarı 2004-cü ildə yaradılan "Facebook" hesab edilir. 2006-cı ildə Rusiyada yaradılan "odnoklassniki" və "V kontakte" də xeyli populyardır. 2011-ci ilin məlumatına görə, Azərbaycanda hər 27 nəfərindən biri "Facebook" istifadəçisidir". Layihə rəhbəri deyib ki, sosial şəbəkələr, ümumiyyətlə, internet insanların həyatına daxil olandan bir sıra müsbət tərəflərlə bərabər müxtəlif problemlər də yaratmağa başladı: "Son dövrlərdə tərəf müqabilinə laqeyd münasibət və aldatma səviyyəsi artmaqda davam edir. Bunun səbəbləri sırasında heç şübhəsiz sosial şəbəkələrin rolu danılmazdır. Son dövrlərdə həyat yoldaşını və ya sevgilisini aldadan kişilərlə yanaşı qadınlara da çox rast gəlinməkdədir. Təəssüflər olsun ki, boşanma səbəbləri içərisində də aldatma ilk sıralardadır. Çünki insanlar ailədaxili problemləri ailədə həll etmək yerinə fərqli həll yolları axtarırlar. Fərqli biri ilə xoşbəxt olacaqlarına inanırlar. Araşdırmalar da göstərir ki, əvvəllər kişilərin aldatma səviyyəsi yüksək olduğu halda hazırda qadınlar arasında da xəyanət edənlər çoxalmaqdadır".

Layihənin eksperti E. Cəfərli çıxışında deyib ki, bəzən ailənin boşanmasında sosial şəbəkələrin rolu ola bilər, amma bütün günahı sosial şəbəkələrdə görmək də doğru deyil: "Adətən kim ailələsinə vaxt sərf etmir, virtual həyata üstünlük verirsə, istər-istəməz belə ailələrdə problem olur. Bu problemler daha dərin mübahisələrə və boşanmaya da gətirib çıxara bilər. Kişi bütün günü işdədir. Evə gələn kimi yeməyi yeyib internetin qarşısına keçir. Həyat yoldaşının narazılığı başlayır. Uşaqlara, özünə vaxt ayırmamasından şikayət edir. Virtual həyata aludə olan insana real həyatdan bir söz deyəndə aqressiya yaradır və ailədə münaqişə başlayır. Qadınlarda da eyni ssenari baş verə bilər. Yeməyini bildirib tələsik uşaqlarını yedirir və sosial şəbəkələrə qaçır. Yaxud qadın işləmirsə, həyat yoldaşı kompüterin qarşısında oturmasından şikayət edir".

Ziyalı İlham Tağıyev qey edib ki, sosial şəbəkələr ailələrdə münaqişələrin yaranmasında günahkardır, amma ailədə öncədən problem yoxdursa, qadın və kişi münasibətləri normaldırsa, ünsiyyətdə problemlər mövcud deyilsə, yəqin ki, onlar öz həyatlarını virtual həyata həsr etməzlər: "Deməli, real həyatda, cəmiyyətdə, ailədə tapılmayan real ünsiyyət virtual həyatda axtarılır və ər-arvad arasında
problemlər yaranır. Əgər ailə bu cür vəziyyətə düşmək istəmirlərsə, tez-tez qonaq getməli, gəzməyə-kinoya, teatra üz tutmalıdır".
Tələbə Xalidə Rəhimova çıxışda deyib ki, bəzən qadınlar virtual həyatda qadın kimlə yazışdığını bilmir və xəyallarda yaratdığı obrazla yazışır. Həyat yoldaşında görmədiyi münasibəti yaratdığı obrazda tapmağa başlayır: "Əgər qadın ailəsində xoşbəxt hiss edirsə nə virtual nə də real xəyanət baş verməyəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB