Bakıda əməkçi miqrantların hüquqlarının müdafiəsi ilə bağlı beynəlxalq seminar keçirilir
Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının Insan Hüquqları üzrə Elmi-Tədqiqat Institutunun birgə əməkdaşlığı ilə Avropa Ittifaqının TAIEX Proqramı çərçivəsində "Əməkçi miqrantların hüquqlarının müdafiəsi və onların cəmiyyətə inteqrasiyası" mövzusunda beynəlxalq seminar öz işinə başlayıb. SIA-nın xəbərinə görə, seminarın əsas məqsədi ölkəmizdə müvafiq dövlət orqanlarının əməkçi miqrantların hüquqlarının müdafiəsi və onların cəmiyyətə inteqrasiyası sahəsində təcrübələrini artırmaq üçün Avropa Ittifaqına üzv dövlətlərlə Azərbaycan arasında təcrübə mübadiləsinin aparılmasıdır. Seminarda çıxış edən AI-nin Azərbaycandakı nümyəndəliyinin təmsilçisi Miguel Magro Gomez ilk növbədə Azərbaycan AI əlaqələrindən danışıb. O bildirib ki, ötən il AI ilə Azərbaycan arasında viza sadələşdirilməsi ilə bağlı sənəd imzalanıb: " AI Azərbaycanın Dövlət Miqrasiya Xidməti ilə əməkdaşlıq edir və miqrasiya sahəsinə 3.2 milyon avro vəsait ayrılıb. Bundan əlvə mobil portnyorluq layihəsi həyata keçirilib. BMT-nin mobillik proqramı üzrə portnyorluq daha da irəli çəkilib. Hesab edirik ki həyata keçirilən layihələr Azərbaycanla mövcud olan əməkdaşlığımızın daha da dərinləşməsinə səbəb olacaq". Daha sonra çıxış edən Bilik Fondunun icraçı direktoru Oqtay Səmədov söyləyib ki Azərbycanda miqrasiya siyasətinin yüksək səviyyədə həyata keçirilməsi beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilir: "Bu gün ölkəmizdə miqrasiya prosesində cəmiyyət aktiv iştirak edir. Miqrantlar maarifləndirilir. Bu istiqamətdə müxtəlif tədbirlər keçirilir, seminarlar təşkil olunur. Bilik Fondu da bu istiqamətdə fəaldır. Fondun təşkilatçılığı ilə 296 mühazirəçi tərəfindən 700-ə qədər mühazirə söylənilib, 200 seminar keçirilib". O.Səmədov qeyd edib ki, Azərbaycançılıq məfkurəsi, multikultural dəyərlərin təbliği Bilik Fondunun əsas fəaliyyət istiqamətini təşkil edir: " Dünyada miqrant problemi geniş vüsət alıb. Bilik Fondu miqrantların maarifləndirilməsi, onların hüquqlarının təbliği ilə bağlı çap məhsullarının çap olunub yayılması istiqamətində işlər görür. Bu il ölkəmizdə multikulturalizm ilidir. Bu Azərbaycanda tolerantlığın əsas nümunəsidir. Ölkəmizdə bütün etnik qruplar sərbəs şəkildə birləşib, rahat şəraitdə yaşaya bilirlər. Multikultiralizm ölkəmizin təhlükəsizıiyini təmin edir. Azərbaycan miqrasiya sahəsində də böyük təcrübəyə malikdir. Bilik Fondu bu istiqamətlə əlaqədar təşkilatlarla əməkdaşlığa hazırdır". Daha sonra seminarda AMEA Rəyasət Heyəti Aparatının nümayəndəsi Rasim Ağayev " Azərbaycan Respublikasında əməkçi miqrantların hüquqları: hazırki vəziyyət" mövzusunda çıxış edib. Seminar sual-cavab əsasında davam edib. Qeyd edək ki, seminar sabah da davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB