Aşqarlar Kimyası İnstitutunun "Aşqar" Təcrübi İstehsalı ilə Xüsusi Texnoloji Bürosunun direktoru təyin edilib. Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) SİA-ya verilən məlumata görə, texnika üzrə fəlsəfə doktoru Kamal Kərimov AMEA-nın akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun "Aşqar" Təcrübi İstehsalı ilə Xüsusi Texnoloji Bürosunun direktoru vəzifəsinə təyin edilib. Bu barədə qərar AMEA Rəyasət Heyətinin 20 aprel 2016-cı il tarixli iclasında qəbul olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə