Ermənistanda Nazarbayev küçəsinin adını dəyişirlər

Ermənistanın Şirak vilayətinin Ariç qəsəbəsindəki Nazarbayevin adını daşıyan küçənin adı dəyişdirilir. SİA-nın pnorama.am saytına istinadən verdiyi məlumata görə, buna qəsəbə sakinləri "yuxarıların" məsləhəti ilə qərar veriblər. Məsələyə münasibət bildirən kəndin icra nümayəndəsi Roland Nazaretyan bildirib ki, kənd ağsaqqalları 14 aprel tarixində qəsəbə nümayəndəliyinə müraciət edərək bundan sonra qəsəbədə Qazaxıstan prezidenti Nursultan Nazarbayevin adını daşıyan küçənin olmasını istəmirlər. Səbəbləri isə bir neçədir.

Onun sözlərinə görə, əvvəlcə ağsaqqallar küçəyə "Arsax" adı vermək istəyiblər. Yerli kilsənin rəhbərliyi isə küçəyə Qriqor Lusavoriç adını məsləhət görüb. Hələlik küçəyə hansı adın veriləçəyi dəqiqləşməyib.

İcra nümayəndəsi deyib ki, hələ bir il bundan əvvəl qəsəbə sakinləri küçənin adını dəyişmək istəyiblər. Buna səbəb Nazarbayevin Ermənistanın Avrasiya İqtisadi İttifaqına qoşulmaq təklifinə veto qoymaq istəyi olub. Həmin vaxt "yuxarıdan" belə bir addımın atılmasını qadağan ediblər.

Bu gün isə Nazarbayevin təklifi ilə Avrasiya İqtisadi İttifaqına daxil olan ölkələrin baş nazirlərinin İrəvan görüşünün təxirə salınması ermənilərin əsəblərini tarıma çəkib. Ariç qəsəbəsinin sakinləri Nazarbayevin İslam Konfransı Təşkilatının İstanbul sammiti zamanı Ərdoğanla qucaqlaşmasını televiziya ekranlarından izləyəndən sonra qərarlarını qətiləşdiriblər, Nazarbayev küçəsinin adı dəyişdirilsin.

Qeyd edək ki, Ariç qəsəbəsinin mərkəzi küçəsi artıq 10 ildir ki, Qazaxıstan Prezidenti Nazarbayevin adını daşıyır. Küçənin adının dəyişmək təşəbbüsü ilə Ermənistan parlamentinin üzvü Mxitar Varakyan çıxış edib. Məlumat üçün bildirək ki, M.Varakyanın qardaşı vaxtilə Nazarbayevin məsləhətşisi olub.

Daha bir maraqlı xəbər, "Ariç" kəndi yarandığı 1400-cü ildən 1947-ci ilədək Qıpçak adlandırılıb. Ermənilər sonradan adını dəyişiblər. Qeyd edək ki, Qıpçaq qazaxların aid olduğu türk boyudur.

Bütün xəbərlər Facebook səhifəmizdə