Saray qəsəbəsində yaşayış evi yandı

Saray qəsəbəsində yanğın hadisəsi qeydə alınıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Abşeron rayonu, Saray qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan kürsülü birmərtəbəli 4 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 100 kv.m, 1 otaq, dəhliz və mətbəx 40 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 19:48-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə