Metrolarda təhlükəsizlik gücləndirilib

Bakı metro stansiyalarında polis nəzarəti gücləndirilib. Metronun bütün stansiyaları polis nəzarətindədir. "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev SİA-ya açıqlamasında bu faktı təsdiqləyərək bildirib ki, metro stansiyalarda mühafizə gücləndirilib və metroya daxil olan bütün sərnişənlər ciddi şəkildə yoxlanılır.

Nəsimi Paşayev əlavə edib ki, son günlərdə cəbhədəki vəziyyətlə bağlı metro stansiyalarında baş verə biləcək hər hansı təxribatın qarşısını almaq üçün polis metro stansiyalarında təhlükəsizlik tədbirlərini gücləndirib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...