"BakuBus"un daha bir marşrutu istiqamətini dəyişir

"BakuBus" MMC-yə məxsus 6 nömrəli marşrut avtobusunun hərəkət istiqaməti müvəqqəti dəyişdirilir. SİA xəbər verir ki, bu barədə "BakuBus" MMC-nin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova deyib.

O bildirib ki, aprelin 2-də Niyazi küçəsinin İstiqlaliyyət küçəsi ilə kəsişməsindən "Azneft" dairəsinədək olan hissəsi nəqliyyatın hərəkəti üçün bağlı olacaq, aprelin 3-də isə İstiqlaliyyət küçəsinin Niyazi küçəsi və Azərbaycan prospekti ilə olan kəsişmələri arasındakı hissəsində üst lay asfalt qatının salınması işləri həyata keçiriləcək. Buna görə də, yolun həmin hissəsində nəqliyyatın hərəkətinə icazə verilməyəcək.

N.Allahyarova qeyd edib ki, 6 nömrəli marşrut xətti "Azadlıq prospekti" metro stansiyasının önündən "İçərişəhər" metro stansiyasına qədər hərəkət edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...