"TURAZ Şahini - 2016"da "düşmənin hərbi hava limanı" məhv edilib

"TURAZ Şahini - 2016"da "düşmənin hərbi hava limanı" məhv edilib

Türkiyənin Konya şəhərində keçirilən "TURAZ Şahini - 2016" birgə taktiki-uçuş təlimləri davam edir. Müdafiə Nazirliyindən bildiriblər ki, təlimlərin ssenarisinə uyğun Azərbaycan və Türkiyə Hərbi Hava qüvvələrinin pilotları birgə F-16 və MiQ-29 qırıcı, Su-25 bombardmançı təyyarələri ilə şərti düşmənin hərbi hava limanının və strateji obyektlərinin məhv edilməsi əməliyyatını keçirib.

Təlimlər davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə