Mübariz Qurbanlı Siyəzəndə vətəndaşları qəbul edəcək

Mübariz Qurbanlı Siyəzəndə vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin bölgələrdə vətəndaşları qəbulu davam edir. Qurumdan SİA-ya verilən məlumata görə, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı fevralın 24-də Siyəzən rayonunda Siyəzən və Şabran rayon sakinlərini qəbul edəcək. Qəbul Siyəzən şəhəri Heydər Əliyev Mərkəzində (Siyəzən şəhəri, H.Əliyev küçəsi, 90) saat 10:00-da keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə