Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin təşkilatçılığı və Azərbaycan Respublikası Prezidentinin yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə VII qrant müsabiqənin qalibi olmuş "Qəhrəmanlar Unudulmur" adlı layihənin açılış tədbiri keçirilib. SİA-nın məlumatına görə, tədbiri giriş sözü ilə açan YAP GB ofisinin koordinatoru Fərid Nəsibov Azərbaycan xalqının tarixi köklərinə söykənən qəhrəmanlıqları, heç kimə boyun əyməməyi və dünya xalqları arasında mübariz bir xalq kimi özünə yer qazanmağı haqqında iştirakçılara ətraflı məlumat verib. Təzyiq altında yaşamağı sevməyən bir xalq olaraq müstəqillik qazanmaq və qoruyub saxlamaq uğrunda zaman-zaman saysız-hesabsız oğullarımız qəhrəmanlıq göstərib şəhid olublar. Bu nöqteyi nəzərdən "Qəhrəmanlar unudulmur" adlı layihənin aktual olduğunu qeyd edib.
Daha sonra layihə rəhbəri Fatimə Hüseynzadə bu layihə haqqında ətraflı məlumat verib və suverenliyimiz və ərazi bütövlüyümüz uğrunda canlarından keçmiş qəhrəmanlarımızın şücaətlərinin unudulmaması və gələcək nəsillərə ötürülməsi istiqamətində təkliflərini irəli sürüb.
Tədbir layihədə iştirak edən gənclərin sualları ilə müzakirəli şəkildə davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB