ABŞ-dan xüsusi aparat gətirilir İtən neftçilər tapılmayıb

ABŞ-dan xüsusi aparat gətirilir İtən neftçilər tapılmayıb

"Fövqəladə Hallar Nazirliyinin (FHN) 2 helikopteri, 1 təyyarəsi, Dövlət Sərhəd Xidmətinin (DSX) isə 2 helikopteri bu gün səhər saatlarında başlayaraq axtarışlar aparır".

"Azneft" İstehsalat Birliyindən (İB) verilən məlumata görə, Dövlət Sularda Xilasetmə Xidmətinin əməkdaşları da bütün sahilboyu əraziləridə vizual olaraq axtarışlar aparırlar.

"Təəssüflər olsun ki, hələ də axtarışlar bir nəticə verməyib".

Yanğının nə zaman söndürülməsinə gəlincə, "Azneft" İB-dən bildirilib ki, bunun vaxtını dəqiq demək düzgün deyil.

Qeyd olunub ki, hazırda 6 gəmi yanğının söndürülməsi ilə məşğul olur və ABŞ-da gələn 6 mütəxəssis bu istiqamətdə çalışır.

"Bu gün onların xüsusi söndürmə avadanlıqları Bakıya gələcək. Həmin avadanlıqlar da dərhal dənizə göndəriləcək".

Həmçinin qeyd olunub ki, qonşu dövlətlər də axtarışları davam etdirir: "Orada da hər hansı bir məlumat olsa, dərhal bizə məlumat veriləcək. Ümid edirik ki, axtarışlar nəticə verəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə