Hüseyn Bağırov qəbul keçirəcək

Hüseyn Bağırov qəbul keçirəcək

Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov dekabrın 23-də saat 10:00-da Mingəçevir şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Mingəçevir, Ağdaş, Yevlax, Goranboy və Naftalan rayonlarında yaşayan vətəndaşları qəbul edəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən SİA-ya verilən məlumata görə, qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün "[email protected]" və "[email protected]" elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 saylı "Qaynar xətt"i, həmçinin Mingəçevir şəhəri 8 saylı ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsi ilə əlaqə saxlamaları xahiş olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə