İnzibati Xətalar Məcəlləsində dəyişiklik nəzərdə tutulur
Yeni hazırlanan İnzibati Xətalar Məcəlləsində daha bir dəyişiklik nəzərdə tutulur. Söhbət məişət səs-küyünə qarşı mübarizə qaydalarının pozulmasına görə cərimələrin artırılmasından gedir.
Belə hallara qarşı mübarizə tədbirləri gücləndiriləcək. Yeni İnzibati Xətalar Məcəlləsi Milli Məclisdə qəbul edilsə məişət səs-küyünə qarşı mübarizə tələblərini pozan fiziki şəxslər 300 manatdan 400 manatadək, vəzifəli şəxslər 2 500 manatdan 3 500 manatadək məbləğdə cərimə ediləcəklər.
Qaydalar gecə 12-dən səhər saat 7-dək olan müddəti əhatə edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB