DSX-nın Akademiyasında tədbir keçirilib FOTOLAR

DSX-nın Akademiyasında tədbir keçirilib FOTOLAR

Noyabr ayının 12-də Dövlət Sərhəd Xidmətinin Akademiyasında Ümummilli Lider Heydər Əliyevinbilavasitə təşəbbüsü və müəllifliyi ilə hazırlanmış ilk milli Konstitusiyamızın 20 illiyi münasibətilə tədbir keçirilibg. DSX-nin mətbuat mərkəzindən SİA-ya verilən xəbərə görə, tədbirdə Dövlət Sərhəd Xidməti rəisinin müavini general-leytenant Azad Ələkbərov, Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri, millət vəkili Əli Hüseynli iştirak ediblər.

Konstitusiyamızın ölkəmizdə güclü demokratik dövlətin qurulmasına, vətəndaşların hüquq və azadlıqlarının qorunmasına əsaslı zəmin yaratması, müstəqil dövlətçilik tariximizdə yeni mərhələnin başlanmasını təmin etməsi, ictimai-siyasi həyatımızın bütün sahələrində dinamik inkişafa güclü təkan verməsi qeyd edilib. Tədbirdə vurğulanıb ki, Əsas Qanunumuzun yaratdığı geniş imkanlardan bəhrələnən xalqımız tarixi qələbələrə imza atmış, respublikamız sürətli inkişafa nail olaraq dünya dövlətləri birliyində layiqli yer tutmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Kons­ti­tu­siyamıza istinad edərək dövlətçiliyimizi, iqtisadiyyatımızı və cəmiy­yə­timizi daha yüksək zirvələrə inamla aparır.

Böyük dövlət xadimi Heydər Əliyevin uzaqgörənliyi ilə mükəmməl şəkildə hazırlanmış Konstitusiyamız ölkəmizin hərbi qüdrə­ti­nin artırılmasına, ordu quruculuğu sahəsində böyük uğurların qaza­nıl­ma­­sına, o cümlədən sərhəd mühafizəsinin müasir tələblər səviy­yə­sinə qaldı­rıl­masına əlverişli zəmin yaratmış, dövlət sərhəd­ləri­mi­zin toxu­nul­maz­lığının təmin edilməsi istiqamətində davamlı dinamik inkişafa nail olunmuşdur.

Bütün xəbərlər Facebook səhifəmizdə