12-13 oktyabr tarixlərində Lənkəran şəhərində "Azərbaycanda insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən islahatlar və BMT-nin insan hüquqları mexanizmləri" mövzusunda 2 günlük tədbir keçirilib. SİA-nın Cənub bürosunun məlumatına görə, Ombudsman təsisatı, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı və Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının birgə təşkilatçılığı ilə reallaşan təlimdə Lənkəran şəhər İcra Hakimiyyətinin, müvafiq yerli vətəndaş cəmiyyəti institutlarının nümayəndələri və KİV-in təmsilçiləri iştirak ediblər. Tədbirdə Azərbaycan Respublikası QHT Dövlət Dəstəyi Fondunun üzvü Sahib Məmmədov, Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı çıxış edərək Azərbaycan Ombudsman təsisatı ilə BMT-nin müvafiq strukturları, o cümlədən İnsan Hüquqları üzrə Ali Komissarlığı ilə qarşılıqlı əməkdaşlığını vurğulayaraq, Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının təmini sahəsində həyata keçirilən hüquqi islahatlar, təmsil etdiyi təsisatın insan hüquqlarının səmərəli müdafiəsində rolu, İnsan Hüquqları üzrə müvəkkil Elmira Süleymanovanın bu istiqamətdə çoxşaxəli fəaliyyəti barədə məlumat veriblər. Habelə BMT-nin İnsan hüquqları mexanizmi çərçivəsində qəbul olunmuş qərarlar və tövsiyələrin icrasında milli insan hüquqları institutlarının və QHT-lərin rolu haqqında ətraflı danışılıb. Müzakirələr zamanı dövlət qurumlarının, vətəndaş cəmiyyətinin və QHT-lərin nümayəndələri ilə səmərəli fikir və təcrübə mübadiləsi aparılıb. Təlimdə hər bir iştirakçıya "BMT-nin insan hüquqlarının müdafiəsi mexanizmləri" vəsaitlər toplusu təqdim edilib.
Sərraf Mirsəfəroğlu









Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB