"Baku-Bus" MMC-nin ilin sonunadək yeni marşrut xətləri fəaliyyətə başlayacaq. Bu barədə SİA-ya "Baku Bus" MMC-nin mətbuat xidmətindən məlumat verilib.
Məlumatda bildirilib ki, ilkin mərhələdə marşrutlara avtobusların buraxılması prosesi yalnız şəhər mərkəzini əhatə edəcək. Hələ ki, şəhərdən kənar bölgələrə avtobusların salınması ilə bağlı təyinat yoxdur.
Hazırda Baku-Bus" MMC-nin şəhər mərkəzində 4 marşrut xətti fəaliyyət göstərir və qalan xətlərin də ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulub.
Xətlərin hansı ardıcıllıqla fəaliyyətə başlayacağı hələ ki, məlum deyil. Əsas diqqət şəhərin mərkəz istiqamətinə yönəlib. Hazırda 20 yanvar, "Azneft" dairəsi və Ziya Bünyadov prospekti üzrə yeni xətlərin istifadəyə verilməsi nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB