Evdən çıxanda çətir götürün!

Evdən çıxanda çətir götürün!

Həftənin ilk iş günündə Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Fasilələrlə yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumata görə, arabir güclənən şimal-qərb küləyi gündüz mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq.Temperatur gecə 16-19°, gündüz 22-25° isti təşkil edəcək.

Azərbaycan rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Gecə 12-17°, gündüz 21-26° isti olacaq, dağlarda gecə 7-12°, gündüz 16-21° isti olacağı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə