Hərbçilərimiz beynəlxalq tədbirlərdə iştirak edəcəklər

Hərbçilərimiz beynəlxalq tədbirlərdə iştirak edəcəklər

Oktyabrın 4-dən 9-dək Helsinki şəhərində Beynəlxalq Dil Koordinasiyası Bürosunun "Peşəkarlıq səviyyəsinin artırılması" mövzusunda seminar, oktyabrın 5-dən 9-dək Ankarada "Eternity-2015" komanda qərargah təlimi, oktyabrın 5-dən noyabrın 27-dək Buxarestdə intensiv ingilis dili kursu, oktyabrın 6-dan 8-dək Tbilisidə Azərbaycan, Türkiyə və Gürcüstan Silahlı Qüvvələrinin üçtərəfli əməkdaşlıq fəaliyyətlərinin əlaqələndirilməsi üzrə Koordinasiya Qrupunun toplantısı keçiriləcək.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, bu tədbirlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri də iştirak edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə