“Stratfor” “Türk axını” layihəsi barədə

"Bu, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi məqsədinə uyğundur"

ABŞ-ın "Stratfor" analitik mərkəzi "Türk axını" qaz boru kəməri layihəsinin Avropa İttifaqı üçün üstünlüklərinin ortada olduğu və qitənin enerji təhlükəsizliyinin təmin edilməsi məqsədinə uyğun gəldiyi qənaətindədir. Bu barədə "Stratfor"un saytında yayımladığı yazıda bildirilir. Qeyd edilir ki, Avropanın əsas məqsədi qitə istehlakçılarına bir neçə təbii qaz yolunu təklif etmək üçün öz inteqrasiya olunmuş enerji bazarı ilə müəyyən xərc sərf olunan boru kəmərləri şəbəkəsini yaratmaqdır. Rusiyanın "Türk axını" layihəsi Avropanın enerji təhlükəsizliyi hədəflərinə öz töhfəsini verəcək. "Türk axını"nın Avropa İttifaqı üçün digər üstünlüyü isə hazırda qitənin digər ölkələri ilə əlaqəli olmayan Rumıniya və Bolqarıstan kimi ölkələri inteqrasiya edərək Cənubi Avropa infrastrukturunun inkişafına investisiyanı təşviq etməsidir.

"Türk axını" layihəsi ilə 63 milyard kubmetr Rusiya qazının Türkiyədən keçməklə Avropaya çatdırılması nəzərdə tutulur. Bu həcmin 47 milyard kubmetrinin Avropanın, 16 milyard kubmetrinin isə Türkiyənin daxili tələbatının ödənilməsi üçün istifadə edilməsi planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...