Qeydiyyat oktyabrın 1-də başa çatacaq

Qeydiyyat oktyabrın 1-də başa çatacaq

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi tərcümə işinin təkmilləşdirilməsi məqsədilə təşkil etdiyi ixtisasartırma və dil kurslarına qeydiyyat oktyabrın 1-də başa çatır. Tərcümə Mərkəzindən SİA-ya verilən xəbərə görə, müxtəlif sahələri əhatə edən ixtisasartırma kursları ingilis, fransız, alman, italyan, ispan, türk, fars, ərəb, o cümlədən Azərbaycan dilindən rus dilinə tərcümə üzrə təşkil olunur. Dil kursları isə müxtəlif səviyyələr və dillər üzrə təşkil edilir.

Dil kurslarının müddəti 6-12 ay, ixtisasartırma kurslarının müddəti isə tərcüməçinin peşəkarlıq səviyyəsindən asılı olaraq 2-6-12 aydır.

Məşğələlər həftədə 2 dəfə, hər dərs 1,5 saat olmaqla, Tərcümə Mərkəzinin inzibati binasında keçiriləcək. Qəbul qeydiyyatı davamlıdır. Kurslar ödənişlidir.

Kurslara qeydiyyata düşmək üçün şəxsiyyət vəsiqəsinin surəti, 2 ədəd fotoşəkil və CV [email protected] elektron poçt ünvanına göndərilməli, yaxud kağız formatında Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin kurs rəhbərliyinə təqdim edilməlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə