"Günahkar kişilərdir" MÜNASİBƏT

"Günahkar kişilərdir" MÜNASİBƏT

"Yenicə doğulan uşaqdan imtina edilməsində çox vaxt qadın qınanılır. Burada təkcə qadının təzyiqlərə məruz qalması isə doğru deyil". Bunu SİA-ya Gənclər və İnsan Hüquqları Araşdırma Birliyinin sədri Rəna Mirzəzadə açıqlamasında söyləyib. O Bildirib ki, körpəni dünyaya gətirən ana 9 ay bətnində saxladığı uşağın taleyini doğulmamışdan öncə bilməlidi: "Əgər qadının övladını saxlamağa gücü çatmırsa, heç olmasa uşaq evlərindən birinə verməlidir. Ana sonradan peşmançılıq çəkəndə də körpəsinin tapa bilsin. Çox təəssüf ki, bu kimi məsələlərdə çox vaxt kişilər kənarda qalır. Həyatın yazılmamış qanunları var. İnsanın başına hər cür hadisə gələ bilər. Amma bu o demək deyil ki, körpəni küçəyə atasan. Övladınızı uşaqlar evinə verin və orada mütləq atanın adını, soyadını və ünvanını da qeyd edin. Çünki ata da məsuliyyət daşımalıdır. Onu da deyim ki, anaya və övlada cəmiyyət də dəstək olmalıdır. Qadını müdafiə etmək lazımdır. Hesab edirəm ki, bu cür analara hesab açılmalı və onlara müəyyən qədər maddi dəstək verilməlidir. Hər şeyi dövlətin üzərinə atmaq lazım deyil. Çünki vətəndaşların özləri də dövlətə dayaq durub köməyə ehtiyacı olanlara yardım etməlidirlər".

Məsələnin dini baxımdan nə dərəcədə düşgün olub-olmadığı haqqında İlahiyyatçı Hacı Seyidağa fikilrərini bildirib. O deyib ki, övladı küçəyə atmaq ümumi problem olmaqla yanaşı, dini nəzərdən də böyük günah hesab edilir: "Düşünürəm ki, dini maarifləndirməni gənclər arasında mütəmadi aparmaq lazımdır. Həmçinin gənclər arasında erkən evlilik, səbəbsiz yerə boşanmalar araşdırılmalıdır. Ailə tərbiyəsinin düzgün verilməməsi sonda belə xoşagəlməz hadisələrin yaşanmasına gətirib çıxarır. İslam zalımları deyil, acizlərin, zəiflərin dinidir. Hesab edirəm ki, belə hallarda qadının zəifliyindən istifadə edilib. Həmin xanım isə övladını öldürməyə əli gəlməyib və dünyaya gətirdikdən sonra küçələrə atıb. Mən burada əsas günahkar kişini hesab edirəm. Çünki o istəsəydi qadına da, övladına da sahib çıxardı. Təəssüf ki, hazır ki dövrdə güclülər zəifləri əzir, təhqir edirlər. İndi xanımlar kişilərin yalandan deyilən şirin sözlərinə inanır, nikahsız ailə qururlar. Sonda da bu cür bədbəxtçiliklə qarşılaşırlar".

Bütün xəbərlər Facebook səhifəmizdə