2015-2016-cı illər üzrə Təqaüd Proqramı elan edilib

2015-2016-cı illər üzrə İslam İnkişaf Bankının Təqaüd Proqramı elan edilib. Azərbaycan Milli Elmlər Akademiyasından SİA-ya verilən xəbərə görə, layihədə iştirak etmək istəyən AMEA-nın elmi müəssisə və digər təşkilatlarının əməkdaşları ərizə formalarını dolduraraq martın 5-dək Rəyasət Heyəti aparatının Beynəlxalq Əlaqələr İdarəsinə təqdim etməlidirlər.

Proqram layihəsi İslam İnkişaf Bankına (İİB) üzv olan ölkələrdən istedadlı gənclərin dünyanın bir sıra qabaqcıl universitetlərində doktorantura təhsili (PhD, 3 il müddətinə) almaq və doktoranturadan sonra tədqiqat işlərini (Post-doc, 6-12 ay müddətinə) aparmaq imkanı yaradır. Proqram haqqında ətraflı məlumatı və ərizə formalarını İİB-in rəsmi saytından (www.isdb.org) əldə etmək olar.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...