Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov fevralın 27-də Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində Astara, Lənkəran və Lerik rayonlarından olan vətəndaşları qəbul edib. SİA-nın Cənub bürosunun məlumatına görə, qəbulda "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov, "Azəryolsevis" Açıq Səhmdar Cəmiyyətinin sədr vəzifəsini icra edən Saleh Məmmədov, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəsi Hüseyn Salamov da iştirak ediblər.
Nazir Z.Məmmədova ünvanlanmış müraciətlərin əksəriyyəti rayonlararası və kənddaxili yollarının bərpası, dağ çayları üzərində körpülərin salınması, Lerik şəhərində avtovağzal binasının tikintisi, işlə təmin olunmaq və s. məsələlərdən ibarət olub.
Qaldırılan məsələlərin əksəriyyəti yerindəcə həll olunub. Z.Məmmədov vətəndaşların digər müraciətləri ilə bağlı tabeliyində olan qurumların rəhbərlərinə tapşırıqlarını verib.
Nəqliyyat Nazirliyinin səlahiyyətinə aid olmayan və şəxsi xarakter daşıyan müraciətlər isə aidiyyəti təşkilatlara çatdırılmaqdan ötrü qeydiyyata alınıb və nəzarətə götürülüb.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB