“Facebook” yalan xəbərlərin qarşısını alacaq!

“Facebook” yalan xəbərlərin qarşısını alacaq!

Sosial medianın həyatımıza istiqamət verdiyi bu dövrdə xəbər almaq və doğru olduğuna inanmaq biraz çətin məsələdir.

Kommersiya məqsədli yalan xəbərlərə qarşı "Facebook", sadə bir tədbir görmək qərarına gəlib.

Edilən hər hansı bir paylaşıma " saxta ya da yalan məzmun " variantıyla cavab verə biləcəyiniz sistem, istifadəçilər tərəfindən yayılan saxta məzmunları minimum səviyyəyə endirməyi planlaşdırır. "Facebook" bununla saxta məzmunlu xəbərlərin daha az göstərilməsini hədəfləyir.

Lazımi tənzimləmələri filtr alqoritiminə əlavə edən "Facebook", sistemin düzgün işləməsi üçün istifadəçilərin səmimi olmasına ehtiyaclarının olduğunu bildirib. Lakin insanların səmimliyinə görə işləyən bir tətbiqin nə dərəcədə uğurlu işləyəcəyini bizdə bilmirik.

Bütün xəbərlər Facebook səhifəmizdə