Noyabrın 18-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistan İslam Respublikasına rəsmi səfərə yola düşüb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, səfər çərçivəsində Pakistan İslam Respublikasının dövlət və hərbi rəhbərliyi ilə keçiriləcək görüşlərdə iki ölkə arasında hərbi əməkdaşlıq məsələlərinin müzakirə ediləcəyi, regional təhlükəsizlik üzrə fikir mübadiləsinin aparılması planlaşdırılır.
Səfər noyabrın 19-dək davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB