Zabitlərimiz beynəlxalq tədbirlərə qatılacaqlar

Zabitlərimiz beynəlxalq tədbirlərə qatılacaqlar

Oktyabrın 28-dən 30-dək Budapeşt şəhərində (Macarıstan) İlkin tibbi yardım zabitlərini hazırlayan təlimatçılar üçün simpozium və Doha şəhərində (Qətər) "Yırtıcı Şahin – 2015" təliminin əsas planlaşdırma konfransı keçiriləcək. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, tədbirlərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə