"Gənclər Azərbaycanın intellektual gələcəyini təşkil edir. Bu da yüksək göstəriciyə malik olan hadisəsidir. Bu gün ölkə gənclərinin intellektual potensialı yüksək olunur. Çünki həmin potensial olduqca böyükdür. Eyni zamanda bu potensial Azərbaycanın gələcək inkişafı üçün çox vacib amildir". SİA-nın xəbərinə görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə deyib.
Onun sözlərinə görə, dünyada alimlik və elm istiqamətində çalışmaq fərdi ola bilməz: "Yəni fərdi bir istiqamət mövcud deyil. İnanmıram ki, bu gün hər bir alim dünya elmində tək tədqiqat aparıb hansısa yeniliyə nail ola bilsin. Multidissiplinar sahəsində aparılan tədqiqatlar günün tələbidir. Buna görə də Azərbaycanın gənc alimlərini bu istiqamətdə işlər görməyə dəvət edirik. Bunu nəzərə alaraq akademiya adıçəkilən sahəni prioritet olaraq seçib".
AMEA-nın prezidenti onu da əlavə edib ki, bu gün Azərbaycanda gənc alimlərin imkanları olduqca genişdir: "2-3 il ərzində istər Akademiyanın, istərsə də digər universitetlərin köhnə avadanlıqları yeniləri ilə əvəz olundu".
Akif Əlizadə həmçinin qeyd edib ki, Azərbaycanda impakt indeksli elmi jurnallarda çox sayda məqalələr çap etdirən gənc alimlərə xüsusi mükafatların verilməsi nəzərdə tutulur. Bu məqsədlə AMEA büdcə vəsaiti hesabına müsabiqə elan etməyi planlaşdırır. AMEA-nın Rəyasət Heyəti bu yaxınlarda gənc alimlərə stimul vermək üçün mükafatları açıqlayacaq: "Biz müsabiqələr elan edirik ki, gənc alimlər üçün stimul yaransın. İmpakt indeksli elmi jurnallarda alimlərin məqalələri nə qədər çox olarsa, biz də alimlərə o qədər xüsusi mükafatalar ayırmaq niyyətindəyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB