Aztəminatlı ailələrin övladlarına məktəbli formaları paylanılıb FOTO

Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatında dərs ilinin başlanması münasibətilə şəhər İcra Hakimiyyəti tərəfindən Qarabağ əlillərinin və şəhid ailələrinin məktəb yaşlı uşaqları üçün məktəbli formaları hədiyyə verilib. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, ümumilikdə imtiyazlı ailələrdən olan 375 məktəbli forma ilə təmin olunub. Həmçinin bu il ali məktəblərə yüksək balla qəbul olunan tələbələrə noutbuklar hədiyyə verilib. İcra Hakimiyyətinin təşkilatçılığı ilə Gəncə uşaq evinin bu il birinci sinifə gedəcək uşaqlarına da hədiyyələr paylanılıb. Azyaşlılara məktəb çantaları və ləvazimatları təqdim edilib. Təşkil olunan aksiyada SOS uşaq evinin sakinləri də unudulmayıb. Bu il birinci sinifə gedəcək uşaqlara məktəbli çantaları və ləvazimatları paylanılıb.

Qeyd edək ki, ümumilikdə 40 uşağa hədiyyələr təqdim edilib ki, bunlardan da 9-u SOS sakinləri olub. Digərləri isə Gəncə və Göygöldə yaşayan aztəminatlı ailələrin uşaqları olub.

İlham Məmmədzadə

Bütün xəbərlər Facebook səhifəmizdə