AHİK sədri: "Azərbaycan miqrantlar üçün cəlbedici ölkəyə çevrilib"

"Azərbaycan iqtisadi inkişafı ilə miqrantlar üçün cəlbedici ölkəyə çevrilib və son illər ölkəyə gələn miqrantların sayı xeyli artıb". SİA-nın xəbərinə görə, bunu Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Səttar Mehbalıyev AHİK və Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının Pan-Avropa Regional Şurasının birgə qərarı ilə keçirilən "Gənclərin miqrasıya problemləri" mövzusunda beynəlxalq konfransda çıxışı zaman deyib.

Sədrin sözlərinə görə, Azərbaycanda miqrasiya probleminin aktuallığına xüsusi diqqət yetirilir: "Son illər miqrasiya sahəsində ölkə qanunvericiliyinin təkmilləşdirilməsi üzrə əsaslı işlər görülüb, normativ-hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində mühüm əhəmiyyət kəsb edən tədbirlər həyata keçirilib, beynəlxalq konvensiya və sənədlərə imza atılıb".

Bütün xəbərlər Facebook səhifəmizdə