Gəncə tarixən müxtəlif millətlərin birgə yaşadığı mədəni mərkəzlərdən olub. Hazırda şəhərimizdə çoxsaylı dini icmalar fəaliyyət göstərir. SİA-nın bölgə müxbirinin məlumatına görə, belə icmaların nümayəndələrindən biri - Gəncə Yəhudi İcmasının sədri İzabella Əliyeva deyir ki, Azərbaycanda müxtəlif dinlərə etiqad edənlər konstitusiya səviyyəsində qorunur: "Yəhudilər Azərbaycanı ən tolerant ölkələrdən hesab edir. Azərbaycandan tolerant ölkə yoxdur. Mən özüm burada doğulmuşam burada yaşayıram. Bizim burada yaşayan digər yəhudilərin dostları, tanışları, qohumları gəlir. Hamı azərbaycanlıların tolerantlığını olduqca müsbət qiymətləndirir".
Qeyd edək ki, Gəncə Yəhudi İcmasının qərb regionunda 500-dən çox üzvü var. Bunlar yalnız qeydiyyatda olan üzvlərdir. Yəhudilər burada rahat şəkildə yaşayır, müxtəlif idarə və təşkilatlarda çalışır, bayramlarını rahat şəkildə qeyd edirlər. Bütün bunlar onu göstərir ki, ölkəmiz bütün dinlərə, milli azlıqlara hörmətlə yanaşır. Azərbaycan vətəndaşı olaraq onların hüquqları hər bir azərbaycanlının hüquqları kimi qanun çərçivəsində qorunur.
İlham Məmmədzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB