Şahin İsmayılov Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun katibliyinə MÜRACİƏT ETDİ
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) sədri Şahin İsmayılov Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun katibliyinə müraciət edib. SİA-nın məlumatına görə, müraciətdə deyilir:
"ATGTİ Azərbaycan Respublikasının əksər tələbələri adından tərəfinizdən "Azərbaycanda beynəlxalq tanınmış vətəndaş cəmiyyəti liderlərinin həbsi barədə" başlığı altında yayılmış bəyanata etiraz edir və sözügedən bəyanatla ölkəmiz barəsində qərəzli mövqedə olduğunuzu hesab edir. Bildiririk ki, məlum bəyanat qeyri-rəsmi mənbələrdən alınmış, real olmayan məlumatlar əsasında hazırlanıb. Azərbaycanda gedən vətəndaş cəmiyyəti hərəkatı heç bir qüvvə tərəfindən təzyiqə məruz qalmır. Araşdırmaları düzgün istiqamətdə aparsanız, əmin ola bilərsiniz ki, Azərbaycan hökuməti tərəfindən vətəndaş cəmiyyəti qurucularına böyük dəstək göstərilir. Vətəndaş cəmiyyətinin hərəkətverici qüvvəsi olan tələbə-gənclər də bu dəstəkdən ən çox yararlanan sosial təbəqə olaraq, dövlətimizin yaratdığı bu şəraitdən olduqca razıdırlar. Bugün ölkəmizdə vətəndaş cəmiyyətinin bütün sahələrinin inkişafı üçün ciddi addımlar atılır, yeni imkanlar yaradılır.
Bəyanatınızda yazılanların əksinə olaraq bildiririk ki, Azərbaycan Respublikasında vətəndaş cəmiyyəti yüksək azadlıq, hüquq, hətta monitorinq aparma imkanına malikdir. Göstərdiyiniz həbslərlə bağlı qeyd edə bilərik ki, həbsdə olan şəxslərin hamısı cinayət əməllərində şübhəli bilinmiş və bu səbəbdən həbs olunublar. İstədiyiniz halda, vəziyyətlə daha yaxından tanış olmaq və araşdırma aparmaq imkanlarınız mövcuddur. Diqqətinizə çatdıraq ki, Azərbaycan dövləti vətəndaş cəmiyyətinin hüquq və azadlıqlarına xüsusi önəm verir və bu imkanların genişləndirilməsi üçün daim yeni qanunlar, dövlət proqramları və qərarlar qəbul edir.
Azərbaycan Respublikası demoktarik, müstəqil bir dövlətdir və beynəlxalq birliyin ayrılmaz üzvüdür. Azərbaycan vətəndaşlarının ölkə daxilindəki hüquq və azadlıqlarını görmək üçün dünyanın tanınmış beynəlxalq təşkilatları kimi sizin də ölkəmizə gəlmək və gedən proseslərlə yaxından tanış olmaq şansınız vardır. Hesab edirik ki, bu yolla daha düzgün və qərəzsiz məlumat ala bilərsiniz.
Təklif edirik ki, Ermənistanın işğalı nəticəsində erməni qəsbkarları tərəfindən öz yurd-yuvalarından köçkün düşmüş Azərbaycan vətəndaşlarının, o cümələdən gənclərinin hüquq və azadlıqları ilə maraqlanasınız, onları bu hüquq və azadlıqlardan məhrum etmiş səbəbkarlar barədə rəsmi fikrinizi bildirəsiniz. Qənaitimizcə, ədalətli mövqedə olan, insan hüquq və azadlıqlarını yüksək qiymətləndirən beyəlxalq təşkilatlar nədənsə bu nüasnları görmür və ya görməzlikdən gəlir, eyni zamanda qəti fikir bildirməkdə gecikirlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB