Gənclər və İdman Nazirliyinin (GİN) kollektivi təmsil etdikləri nazirliyin yarandığı günü qeyd edirlər. 1994-cü ilin məhz bu günü Azərbaycanda Gənclər Nazirliyi yaradılıb. Bu gün isə GİN 20 illik yubileyini qeyd edir. SİA-nın xəbərinə görə, bu münasibətlə nazirliyin kollektivi bu gün Fəxri Xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər. Nazir müavinləri İntiqam Babayev, İsmayıl İsmayılov və qurumun digər əməkdaşları ilk olaraq Heydər Əliyevin məzarına gül dəstələri qoyublar. Daha sonra akademik Zərifə Əliyevanın məzarı ziyarət edilib.
Ziyarətin sonunda jurnalistlərə açıqlamasında nazir müavini İntiqam Babayev deyib ki, 20 il bundan əvvəl 1994-cü ildə məhz Heydər Əliyevin fərmanı ilə ilk dəfə olaraq gənclərin inkişafına yönələn dövlət quurmu olan Gənclər Nazirliyi yaradılıb: "Nəzərə alsaq ki, Azərbaycan gənclər ölkəsidir və əhalinin yarıdan çoxunu da məhz gənclər təşkil edir, ona görə də nazirliyin üzərinə böyük məsuliyyət düşür. 20 il ərzində Azərbaycanda gənclərlə bağlı kifayət qədər işlər həyata keçirilib. Bu günə qədər gənclərlə bağlı minlərlə layihələr reallaşıb. Artıq Azərbaycan gəncləri öz müstəqil ölkəsini xaricdə layiqincə təmsil etmək iqtididarına malikdir. Bütün bu inkişafları nəzərə alıb özümüzə borc bildik ki, ilk olaraq məhz Ulu öndər Heydər Əliyevin məzarını ziyarət edək".
GİN əməkdaşları daha sonra Şəhidlər Xiyabanında uyuyan şəhidlərimizi yad ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB