QHT Şurası Çexiyada Qarabağa aid məlumat çadırı qurub

QHT Şurası Çexiyada Qarabağa aid məlumat çadırı qurub

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının xarici QHT-lər üçün maliyyə müsabiqəsi çərçivəsində dəstəklədiyi Çexiyanın Təhsil və Tolerantlığın Təşviqi Mərkəzi təşkilatı Praqa şəhərinin mərkəzi Na Prikope küçəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair məlumatlandırma kampaniyası keçirmişdir.

Şuranın Katibliyindən bildirmişlər ki, təşkilat kampaniya çərçivəsində təbliğat çadırı quraraq vətəndaşlara çex və ingilis dillərində Qarabağ münaqişəsinə dair Azərbaycanın ədalətli mövqeyini əks etdirən broşürlər, işğal altında olan ərazilərimizin xəritələrini, dağıdılmış yaşayış məntəqələrimizin şəkillərini paylamış, sakinlərin suallarını cavablandırmışlar. QHT təmsilçiləri, həmçinin aksiyaya maraq göstərən vətəndaşlara "Xocalıya ədalət" və "Şuşaya azadlıq" kampaniyaları haqqında da ətraflı məlumatlar vermiş, onlara Dağlıq Qarabağ problemi ilə əlaqədar Azərbaycanın mövqeyini əks etdirən internet resurslarının ünvanlarını təqdim etmişlər.

Bütün xəbərlər Facebook səhifəmizdə