Türkiyəli professorlar Hüseyn Cavidin ev muzeyində olublar FOTO

Türkiyəli professorlar Hüseyn Cavidin ev muzeyində olublar FOTO

Türkiyənin İstanbul Aydın Universitetinin Fən-ədəbiyyat fakultəsinin dekanı professor, doktor Şuayip Karakaş və həmin fakultənin türk dili və ədəbiyyatı müəllimi professor, doktor Kazım Yetiş AMEA Hüseyn Cavidin Ev Muzeyini ziyaret ediblər. SİA-nın xəbərinə görə, ekskursiya zamanı qonaqlara H. Cavidin həyat və yaradıclığı, eləcə də cavidlər ailəsinin faciəli taleyi haqqında geniş məlumat verilib.

Muzeyin bədii tərtibatını çox bəyənən Kazım bəy öz təəssüratını muzeyin xatirə dəftərində belə qeyd edib: "Hüseyin Cavitin evini, muzesini ıstırapla gezdik. Istırabımız çekilen acılar ve sıkıntılardan.. Yoksa yapılan çalışmalar türlü takdirin üstünde. Hizmeti geçenlere binlerce teşekkür, ölenlere rahmet. Azerbaycan için çalışanlara rahmet. Azerbaycan’a sonsuzluk!".

Bütün xəbərlər Facebook səhifəmizdə