Uşaq hüquqları ilə bağlı dəyirmi masa keçirilib

Uşaq hüquqları ilə bağlı dəyirmi masa keçirilib

Bu gün "Sosial sifariş və sosial təhlükəli vəziyyətdə olan uşaqlar üçün icma əsaslı sosial xidmətlərin modelləri və inkişaf perpesktivləri" mövzusunda dəyirmi masa keçirilib. SİA-nın məlumatına görə, tədbir Uşaq Hüquqları üzrə QHT Alyansı tərəfindən Geniş Qaradəniz regionu üzrə Uşaq Hüquqları naminə Child Pact Regional Koalisiyası və Rumıniya Xarici İşlər Nazirliyinin dəstəyi ilə baş tutub.

Tədbirdə müvafiq nazirlik və komitələrin, UNİCEF, digər dövlət və qeyri-hökümət təşkilatlar, beynəlxalq təşkilatların, Azərbaycanda akkreditasiya olunmuş səfirliklər və media nümayəndələri iştirak edib.

Tədbiri giriş sözü ilə açan Uşaq hüquqları üzrə Azərbaycan QHT Alyansının milli koordinatoru Dr Nabil Seyidov bildirib ki, son illər Azərbacanda uşaq müdafiəsi sisteminin təkmilləşdirilməs, milli qanunvericilik bazasının beynəlxalq standartlara uyğunlaşdırılması, uşaqların ən yaxşı maraqlı cavab verən alternativ sosial xidmətlərin yaradılması istiqamətində xeyli işlər görülüb və onlar davam etməkdədir.

Onun sözlərinə görə, bu işlərin həyata keçirilməsində aidiyyəti dövlət qurumları və QHT-lərin birgə əməkdaşlığı xüsusi rol oynayıb: "Həmçinin ölkədə inkişafı geniş vüsət alan sosial iş sahəsi ildən-ilə sayı artan sosial işçilərin sayı danılmazdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən yerli icma əsaslə reabilitasiya mərkəzlərinin yaradılması və dəstəklənməsinə yönələn fəaliyyəti xüsusilə vurğulanmalıdır. QHT Alyansının apardığı çoxsaylı araşdırmalar, o cümlədən 2010-2012-ci illərdə hazırladığı Alternativ QHT hesabatına əsasən, Azərbaycanda uşaq müdafiə sisteminin inkişafı, əlilliyi olan uşaqların icma əsaslı reabilitasiyası, habelə onların valideyn himayəsindən məhrum olan bütün uşaqların ailələrinə qovuşmasının, hüquq pozuntusu törətmiş, həmçinin cəzaçəkmə müəssisələrindən azad olunan, müxtəlif növ zorakılıq halları ilə üzləşən, cinayət əməllərinin qurbanı olan uşaqların sosial inteqrasiyası, onların hüquqlarının müdafiəsi işinin uğurlu olması üçün icma əsaslı sosial xidmətlərin yaradılması xüsusi önəm daşıyır".

Daha sonra tədbirdə çıxış edən UNİCEF Azərbaycan Uşaq Müdafəsi Proqramının rəhbəri Ramiz Behbudov bildirib ki, uşaq hüquqlarının qorunması məsələsinə bütün ölkələrdə olduğu kimi Azərbaycanda da xüsusi önəm verilir. Onun sözlərinə görə, lakin bu sahədə müəyyən məqsədlərə nail olmaq üçün qarşıya konkret məqsədlər qoyulmalı və görülən işlər həmin məqsədlərə yönəlməlidir.

Tədbirin davamında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Zülfiyyə Safıqova "Dövlət tərəfindən qurulan icma əsaslə xidmətlər və ailə dəstək mərkəzləri modelinin inkişaf etdirilməsi perspektivləri" adlə məruzə ilə çıxış edib.

Daha sonra tədbirdə çıxış edən QHT nümayəndələri mövzü ilə bağlı fikirlərini bildiriblər.

Tədbir diskussiya şəklində davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə