"Azərbaycanda 100-ə yaxın nəşrin adı qara siyahıya düşüb". SİA-nın məlumatına görə, bu barədə Mətbuat Şurasının sədri Əflatun Amaşov bu gün "Yerli icra hakimiyyəti orqanları ilə kütləvi informasiya vasitələri arasında əməkdaşlığın davam etdirilməsi" mövzusunda keçirilən konfransda çıxış edərkən deyib.
O bildirib ki, Mətbuat Şurası (MŞ) həmin nəşrləri Jurnalistlərin Peşə Davranışı Qaydalarını mütəmadi pozduqlarına, tənqid obyektlərinin fikirlərinin dərcinə önəm vermədiklərinə, şəxsi həyatın toxunulmazlığı prinsipinə laqeyd yanaşdıqlarına, səhifələrində insanların şərəf və ləyaqətini aşağıladıqlarına görə adlarını qara siyahıya salıb.
Onun sözlərinə görə, mətbuat orqanlarının fəaliyyəti xəbərlərin operativ şəkildə ictimaiyyətə təqdim etməkdən ibarətdir: "Qara siyahıda adı olan nəşrlər öz fəaliyətləri əsasında həmin siyahıdan çıxa bilərlər. Əgər həmin mətbu orqanı fəaliyyətini dəyişir və özünü isbat edirsə, o zaman həmin mətbu orqnının adı siyahıdan çıxarılır. Lakin bu o demək deyil ki, həmin mətbu orqan yenidən siyahıya qayıda bilməz. Mətbuat Şurası bu nəşrləri xüsusi nəzarətdə saxlayır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB