“Ənənəvi jurnalistika və sosial şəbəkələr”

“Ənənəvi jurnalistika və sosial şəbəkələr”

III Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində "Qloballaşan informasiya məkanında medianın aktual məsələləri" mövzusunda keçirilən dəyirmi masada "Ənənəvi jurnalistika və sosial şəbəkələr" paneli üzrə müzakirələr aparılıb. SİA-nın məlumatına görə, paneldə ənənəvi informasiya sənayesi ilə sürətlə inkişaf edən sosial media arasında əlaqələr müzakirə edilib.

Bu hissədə "Uryadovıy Kuryer" qəzetinin baş redaktoru Serqey Braqa, "Postimees" qəzetinin baş redaktoru Siqrid Kiyv, Bakı Slavyan Universitetinin nümayəndəsi Səbinə İzzət, Rusiya Dövlət Sosial Universitetinin Minsk filialının professoru Kiril Şevçenko, Moskva Dövlət Universitetinin tarix fakultəsinin dekanını müavini MDU-nun Analitik-İnformasiya Mərkəzinin Baş direktoru Aleksey Vlasov və digər şəxslər məruzələrlə çıxış ediblər.

Dəyirmi Masanın sonunda yekun məruzələr dinlənilib və forumun bəyannaməsi qəbul edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə