İcra Hakimiyyəti əlil uşaqlara məktəb ləvazimatları verdi

İcra Hakimiyyəti əlil uşaqlara məktəb ləvazimatları verdi

Bu gün Binəqədi rayon İcra Hakimiyyətində "15 sentyabr -Bilik Günü" münasibətilə rayonda yaşayan aztəminatlı, şəhid, məcburi köçkün ailərindən olan və əlil uşaqlara məktəbli ləvazimatlarının verilməsi ilə bağlı tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov məktəbliləri və onların valideynlərini təbrik edib, onlara yeni dərs ilində uğurlar arzulayıb.

Dövlətin təhsil sahəsinə göstərdiyi qayğıdan danışan İcra başçısı, gənc nəslin təhsil alması, cəmiyyətdə savadlı, sağlam dünyagörüşlü vətəndaşlar kimi formalaşmasının dövlət başçısı cənab İlham Əliyevin xüsusi diqqətlə yanaşdığı məsələ olduğunu vurğulayıb.

Daha sonra çıxış edən Azərbaycan Respublikası "Həsrət Yolu" Əsir və Girovlara Kömək İctimai Birliyinin sədri Esmira Orucova və "Xocalı Soyqırımını Tanıtma" İctimai Birliyinin rayon şöbəsinin sədri Ayna Novruzova onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, tədbir çərçivəsində Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən 200-ə yaxın aztəminatlı, şəhid, məcburi köçkün ailələrindən, qəyyumluqda olan və əlil uşaqlara məktəb ləvazimatları verilib və maddi yardım olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə