"Azərbaycanda son 10 ildə böyük sosial-iqtisadi uğurlar əldə edib"
Milli Məclisin deputatı Musa Quliyevin SəsTV-yə müsahibəsi:
- Musa müəllim, Prezident İlham Əliyevin Sərəncamı əsasında müavinətlər artırıldı. Bu artım hansı kateqoriyaları əhatə edir?
- Son 10 ildə demək olar ki, hər il Cənab Prezidentin Sərəncamı ilə əmək haqları, pensiyalar, müavinətlər, təqaüdlər artırılır və davamlı şəkildə bu proses gedir. Builki, sosial müavinətlərin, pensiyaların dövlət büdcəsindən maliyələşən təşkilatlarda çalışan işçilərin, təqaüdlərin, fəxri adlara görə verilən müavinətlərin artırılması da baş verdi. Bu da özü-özlüyündə ölkə daxilində sosial-iqtisadi vəziyyətin rifahının təzahürüdür. Demək olar ki, bütün kateqoriyadan olan pensiyaçıların aldıqları məvacibin baza hissəsi artırıldı. Müharibə veteranlarının, müharibə əlillərinin, milli qəhrəmanların, ailə başçısını itirdiyinə görə, azyaşlı uşağı olana görə, əlilə xidmət edənə görə və s. müavinət növləri orta hesabla 10-15%, bəziləri daha çox artırılmışdır. Bütün bunlar onu göstərir ki, Azərbaycan dövləti uğurla inkişaf edir Azərbaycan Respublikasının daxili siyasəti Azrbaycan vətəndaşının yaxşı yaşaması, sosial rifahı üçün yönlənmiş siyasətdir və Azərbaycanın milli gəlirlərinin bütün vətəndaşları arasında ədalətlə bölüşdürməsinə xidmət edir. Bəzən bizim opponentlərimiz bu artımın seçkilərlə bağlı olduğunu iddia edir. Bunun heç bir əsası yoxdur. Belə ki, seçkilər 5 ildən bir keçirilir, əmək haqları, pensiyalar, müavinətlər, təqaüdlər isə demək olar ki, hər il artırılır. Bu gələn il də baş verəcək, bu seçki prosesi ilə bağlanması düz deyil və çox ucuz bir əks təbliğatdır.
- Son 10 ildə əldə olunan sosial-iqtisadi uğurları aparılan düzgün iqtisadi siyasətin nəticəsi hesab etmək olarmı?
- Əlbəttə, bu, doğrudur. Qeyd edim ki, 2013-cü ilin fevralında Cənab Prezidentin Sərəncamı ilə regionların sosial iqtisadi inkişafı ilə bağlı Dövlət Proqramı qəbul olundu. Bu beş illik Dövlət Proqramı idi. Dövlət Proqramı 2001-2008 ci illəri əhatə edirdi. Lakin 2009-cu ildə həmin proqramın davamı olaraq, ikinci yeni bir Dövlət Proqramı qəbul olundu. Bu, rgionların iqtisadi inkişafını təmin edə biləcək ikinci layihə idi və 2013-cü ilin sonuna qədər həmin proqram fəaliyyətdədir. Hökumət tərəfində yeni proqram da işlənilir və bu proqram 2014-2018-ci illəri əhatə edəcək. Bu proqramlar Azərbaycan dövlətinin sosial-iqtisadi inkişafını balanslaşdırılmış şəkildə davam etdirir. Son 10 ilin iqtisadi mənzərəsinə nəzər salsaq, görərik ki, 2000-ci ilin əvvəllərində başlıca hədəflərimiz, ölkədəki enerji təhlükəsizliyini həll etmək idisə, 90-cı illərin ikinci yarısında ərzaq çatışmazlığıdırsa, çörək təminatından danışılırdısa və söyləyirdik ki, fasiləsiz qaz və elektrik enerjisinin olması böyük bir problem idi. Artıq əminliklə demək olar ki, bu kimi problemlər öz həllini tapıb və əhali artıq nə vaxtsa bu kimi problemlərlə üzləşdiyini belə unudub. Bu gün regionlarda əhali üçün yaradılan hər bir şərait müasir standartlara cavab verir. Ümumiyyətlə, qarşıya qoyulan proqramın əsas qayəsi bu gün regionlardakı vəziyyəti yaxşılaşdırmaqla şəhərlərin yükünü azaltmaq, demoqrafik prosesləri tənzimləmək, urbanizasiya prosesini nəzarət altına almaqdır. Bütün dünyada urbanizasiya prosesi gedir, insanlar kəndlərdən şəhərlərə və böyük mərkəzlərə axışırlar. Bu da həmin dövlətin qeyri-proporsional inkişafına gətirib çıxarır.
- Azərbaycanda əhalinin yaşayış səviyyəsini region dövlətləri ilə müqayisədə hansı göstərici rəqəmlərlə ifadə etmək olar?
-1993-cü ildə Ümummilli Lider Azərbaycana hakimiyyətə qayıtdı və bununla da Azərbaycanda dövlət quruculuğu başladı. Baxmayaraq ki, 1991-ci ildə öz müstəqilliyimizi elan etmişdik və bu proseslər hər kəsin yadındadır. Belə ki, həmin vaxtda nəinki hakimiyyət qurulmadı, hətta Sovet Azərbaycanından da qalan iqtisadi potensial da dağıldı. 1993-cü ildə Azərbaycanın dövlət büdcəsi 250 milyon dollar təşkil edirdisə, bu il bu göstərici 25 milyard dollardır. Yəni 20 il ərzində Azərbaycan dövlət büdcəsi 100 dəfə artıb. Bu göstərici dünyanın heç bir yerində əldə edilməyən nailiyyətdir. 2003-cü ildən bu yana dövlət büdcəsində 10 dəfə artım müşahidə olunur. Yoxsulluq həddi 2000-ci ilin əvvəllərində 49% təşkil edirdisə, indi 6% təşkil edir. 2000-ci ildən bu yana dövlət büdcəmiz 10 dəfə artıb, ümumdaxili məhsulumuz 4 dəfə artıb. Əgər 2000-ci ildə Azərbaycan əhalisinin təxminən 40%-i işsiz idisə, indi bu rəqəm 5-10% -ə düşüb. Əmək haqları, pensialar və müavinətlər 20 dəfə artıb.
Bu gün 5 mindən çox gənc xarici dövlətlərdə təhsil alır. Bu da birbaşa Dövlət Proqramı sayəsində əldə olunan uğurdur. Azərbaycanda aparılan siyasət son 10 ildə aparılan sosial-iqtisadi siyasət, dünyanın ən uğurlu siyasi kursudur. Azərbaycan region dövlətlər ilə, İran, Türkiyə, Rusiya, Gürcüstan və Ermənistanla müqayisədə yetəri qədər yaxşı səviyyədədir. Bizim valyutamız onların pul vahidlərinin dəyərindən qat-qat yüksəkdir. Dünyanın ən qabaqcıl dövlətləri olan İtaliya, İspaniya, Yunanıstan kimi dövlətlər iqtisadi böhranla üzləşdi və bu gün də onlar bu prosesin içərisindədirlər. Yalnız Azərbaycan bu böhranrandan yan keçdi. Respublikamız əhalinin sosial-iqtisadi rifahını yaxşılaşdırmaq üçün əlindən gələni etmək imkanına malikdir.
- Əmək haqlarının artması inflyasiyanın yaranmasına gətirib çıxarmayacaq ki?
- Qətiyyən gətirib çıxarmayacaq. Bilirsiniz iqtidarın radikal opponentlərindən olan bir sıra savadsız iqtisadiyyatçılarımız pensiyaların 2 dəfə və daha artıq miqdarda, hətta 3 dəfə artırılmasından danışırlar və yaxud hakimiyyətə gələcəkləri təqdirdə, bunu edəcəklərini deyirlər, lakin bunlar populist və mənasız vədlərdir. Çünki balanslaşdırılmış iqtisadi siyasət, balanslaşdırılmış sosial siyasət olan yerdə hər şey ölçülüb-biçilir. 10% artım yaxşı artımdır və bu, heç bir halda bazarda qiymət artımı yaratmayacaq. Müəyyən məhsulların süni surətdə qiymətləri qaldırılarsa, iqtisadi inkişaf naziri lazımi tədbirləri görəcəkdir.
Ülkər Musazadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB