Bu gün Azərbaycanın iki rayonunda təbii qaz təchizatında məhdudiyyətlər olacaq. Azərbaycan Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyindən SİA-ya verilən məlumata görə, təmir işləri ilə əlaqədar saat 18:00-dək "Qobustan" və "Şamaxı" qazpaylayıcı stansiyalarından təbii qaz təchizatı dayandırılacaq.
Qeyd edək ki, təmir işləri aparılan müddətdə Qaradağ rayonunun Qobustan və Şıxlar qəsəbələri, "Bağlar" massivi, həmçinin Şamaxı şəhərinin bir hissəsinə təbii qazın verilməsində fasilələr yaranacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB