ATGTİ-nin nümayəndələri “Yay Olimpiya Seminarı”da iştirak edəcək

ATGTİ-nin nümayəndələri “Yay Olimpiya Seminarı”da iştirak edəcək

Cari ilin 2-13 avqust tarixində 14 nəfər Azərbaycan Tələbə Gənclər Təşkilatının (ATGTİ) üzvü 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Yay Olimpiya Oyunlarının təşkil olunması məqsədi ilə Yunanıstanda təşkil olunmuş "Yay Olimpiya Seminarı"da iştirak edəcək. ATGTİ-dən SİA-ya verilən məlumata görə, Yunanıstana yollanmış 41 nəfərdən ibarət nümayəndə heyətinin tərkibində ATGTİ-nin, Gənclər və İdman Nazirliyinin nümayəndələri, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbələri, idmançılar və jurnalistlər daxildirlər.

Məlumat üçün bildirək ki, xüsusi ilə Azərbaycan nümayəndə heyəti üçün keçiriləcək "Yay Olimpiya Seminarı" Beynəlxalq Olimpiya Akademiyasında baş tutacaq.

Qeyd edək ki, Yunanıstanda təlim keçəcək nümayəndə heyətimizin rəhbəri Gənclər və İdman Nazirliyinin Elm-Təhsil şöbə müdiri Vüqar Əhmədovdur.

Bütün xəbərlər Facebook səhifəmizdə