İmran Abdullayev: "Monotorinqlər intensivləşəcək" MÖVQE

İmran Abdullayev: "Monotorinqlər intensivləşəcək" MÖVQE

Yay fəsli daxil olmaqla sentyabr ayının sonuna qədər satışda olan qazlı və qazsız sularda, şirələrdə, həmçinin dondurmalarda monitorinqlər aparılacaq". SİA-ya açıqlamsında Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə rəhbəri İmran Abdullayev belə deyib.

O bildirib ki, bundan başqa spirtli içkilər barədə də mütəmadi olaraq monitorinqlər keçirilir: "Kvas, pivə və digər spirtli işkilər barədə idarəmiz tərəfindən mütəmadi olaraq monitorinqlər keçirilir. Bu kimi məhsullara yay fəslində daha çox təlabat olduğundan monitorinqlər yay aylarında daha da intensivləşəcək".

İmran Abdullayevin sözlərinə görə, müəssisə monitorinqlərin keçirilməsi zamanı neqativ hallarla qarşılaşmayıb: "Bu günə qədər aparılan monitorinqlərdə neqativ hallarla rastlaşmamışıq. Lakin götürülən nümunələrdə hər hansısa bir neqativ hal aşkarlanarsa Gigiyena və Epidemiologiya Mərkəzi bu məsələ ilə bağlı ciddi tədbirlər görəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə